İrəvanın mərkəzində, Azadlıq meydanında konstitusiya islahatları əleyhinə mitinq keçirilib.
APA-nın news.am-a istinadən verdiyi məlumata görə, mitinq iştirakçılarının əksəriyyəti əllərində “Yox” plakatını tutublar.
Mitinqdə iki müxalifət partiyası - Erməni Milli Konqresi və “İrs” partiyasının nümayəndələri çıxış edəcəklər.
Aksiyada iştirak edən partiya və ictimai təşkilatlar “Yox” cəbhəsi altında birləşiblər.
Mitinqdən sonra yürüşün keçirilməsi nəzərdə tutulub
Cia.az
