|
Vaxt başa çatdı

Parlament seçkilərində deputatlığa namizədliyin irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddət başa çatıb.

Parlament seçkilərində deputatlığa namizədliyin irəli sürülməsi və qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim edilməsi müddəti bu gün saat 18:00-da bitib.

Seçkiqabağı təşviqatın aparılması oktyabrın 9-da başlayacaq, oktyabrın 31-də saat 08:00-da isə dayandırılacaq.

Azərbaycanda parlament seçkiləri bu il noyabrın 1-də keçiriləcək.

Cia.az