|
Bu dəfə qırmızı geyindi -
Hollivud ulduzu Corc Kluninin vəkil həyat yoldaşı Amal Kluni bu dəfə qırmızı libasda görüntülənib. 
Cia.az “Dailymail”ə istinadən xəbər verir ki, Nyu-Yorkda otellərdən birindən çıxarkən obyektivlərə tuş gələn vəkilin libası çox bəyənilib. Artıq Amalı “Hollivudun mükəmməl gözəli” belə adlandırırlar. 
Dünya şöhrətli model Sindi Krouford dəfələrlə müsahibələrində Kluninin xanımından ötrü “dəli-divanə” olduğunu söyləyib. 

Qeyd edək ki, bir qədər əvvəl Amal Corcla birlikdə film nümayişindən çıxarkən yaşıl mini libasda görüntülənmişdi. Sosial şəbəkə istifadəçiləri Amalın həmin libasını ona çox yaraşdırmışdılar.
 

 

 

 

Cia.az