|
Azarkeşlər "Qarabağ"ın qələbəsini qeyd etdilər
Azərbaycan çempionu "Qarabağ"ın  Avropa Liqasının qrup mərhələsində 2-ci oyununda Belçikanın  "Anderlext" klubuna qalib gəlməsi azarkeşlərə sevincli anlar yaşadıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun bitən kimi azarkeşlər Azadlıq meydanına doğru yürüş keçiriblər.  Meydana toplaşan "Qarabağ"lı fanatlar qələbə şüarları səsləndiriblər.
 
Qeyd edək ki, "Qarabağ" azarkeşlərinin keçirdiyi qələbə yürüşü iki saata yaxın davam edib.
 






 
Cia.az