|
Eşşək əti yediyi üçün öldürüldü

Hindistanda yaşayan bir ailə başçısı soyuducuda eşşək əti saxladığı və o əti yediyi üçün ölənə qədər döyülüb. Uttaq Pradeş əyalətindəki Dadri kəndində öldürülən Məhəmməd Ahlak 50 yaşlı təsərrüfat işçisi olub. Kəndlilər onun evinə hücum edərkən 22 yaşlı oğlu da ağır yaralanaraq xəstəxanaya aparılıb. Baş verən hadisənin törədicisi kimi 6 nəfər nəzarətə götürülüb. Polis dedi-qoduları kimin yaydığını öyrənməyə çalışır. Məlumat üçün Hindistanda eşşək kəsilməsi çox həssas mövzudur. Hindular tərəfindən inək və öküz müqəddəs hesab edilir. Uttaq Pradeş əyalətində isə eşşək əti yemək qadağan edilib. Lakin hökumətin bu qadağası əhali tərəfindən narazılıqla qarşılanmışdı. Döyülən ailənin 18 yaşlı qızı Sacidə “İndian Express”ə verdiyi müsahibədə 100 nəfərlik bir qrupun evlərinə hücum etdiyini deyib.

Cia.az