|
Fətullah Gülənə ömürlük həbs cəzası istənildi
İstanbul Respublika Baş prokurorluğu 17-25 dekabr 2013-cü il tarixlərində dövlət çevrilişi cəhdi ilə bağlı cinayət işini tamamlayıb.
Cinayət işində aralarında Fətullah Gülən və keçmiş polis rəisi Yakub Sayğılının da olduğu 69 şübhəlinin adı var.
Cinayət işində bir nömrəli şübhəli hesab olunan Fətullah Gülən hökuməti devirmək, silahlı təşkilat qurmaq və idarə etmək, dövlətin təhlükəsizliyi üçün gizli saxlanılması vacib olan informasiyaların siyasi və  hərbi casusluq məqsədi ilə istifadə etməkdə ittiham olunaraq ömürlük həbs cəzasına məhkum edilməsi istənilib.
Cia.az