|
Evinizdəki cihaz hava proqnozunu müəyyən edəcək
Yapon şirkəti olan “Tempescope” hava şəraitini əyani olaraq göstərmək bacarığına malik qeyri-adi cihaz hazırlayıb.
Cia.az xəbər verir ki, meteostansiya funksiyasını yerinə yetirən sözügedən yüksəktexnologiyalı cihaz smartfondakı  proqram vasitəsiylə  hava haqqında məlumatı əldə edir. Bu məlumat displeydə deyil, canlı olaraq xüsusi şəffaf bölmədə əks etdirir. Hava şəraitindən asılı olaraq “Tempescope” yağış, buludlar və hətta ildırım işığını da göstərmək bacarığına malikdir.
 
“Tempescope"-nin satışı 200 dollardan başlayan qiymətlə planlaşdırılır.
Cia.az