Oktyabrın 4-də Musiqili Teatrda tanınmış teatr rejissoru, əməkdar incəsənət xadimi Əli Usubovun 80 illik yubileyi qeyd olunacaq.
Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, yubliley münasibətilə rejissorun quruluş verdiyi böyük bəstəkar, SSRİ xalq artisti Rauf Hacıyevin bu yaxınlarda premyerası olan “Qafqazlı qardaşqızı” operettası nümayiş olunacaq.
Əli Teymur oğlu Usubov 1935-ci ildə Kirovabad (indiki Gəncə) şəhərində anadan olub. 1961-65-ci illərdə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsində, 1965-70-ci illərdə isə N.A. Rimski-Korsanov adına Leninqrad Dövlət Konservatoriyasında musiqili teatr rejissorluğu fakültəsində Rusyanın Xalq artisti, professor Roman Tixomirovun sinfində təhsil alıb. Təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Opera və Balet Teatrında quruluşçu-rejissor, baş rejissor, Respublika Sarayında baş rejissor, Azkonsertdə bədii rəhbər, Omsk Dövlət Musiqili Teatrında baş rejissor vəzifələrində çalışıb.
Cia.az
