Zaqatalada 88 yaşlı kişi intihar edib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə bu gün saat 17:00 radələrində rayonun Yuxarı Tala kəndində qeydə alınıb.
1927-ci il təvəllüdlü Zeynalabid Süleyman oğlu Mahmudovun meyiti ailə üzvləri tərəfindən yaşadığı ünvanda asılı vəziyyətdə aşkar edilib. 88 yaşlı Z.Mahmudovun intihar etməsinin səbəbi hələlik məlum deyil.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır
Cia.az
