“Parlament seçkilərində namizədliyi irəli sürülən Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlunun imza vərəqələri yandırıldığından imzatoplama kampaniyası yenidən aparılır”.
Bunu Cebhe.info-ya partiya sədrinin müavini Ağa Abdulloğlu bildirib. Onun sözlərinə görə, yandırılan imzaların yerinə hazırda 380 imza toplanıb: “Bu gün ərzində imzaları yekunlaşdırıb DSK-ya təqdim edəcəyik”.
İmza toplayan və daha sonra həmin imzaları yandıran şəxlə bağlı məsələyə gəlincə, sədr müavini məsələnin məhkəmə müstəvisində həll olunacağını vurğulayıb:“Sənədləri yandıran şəxs 40 imza yığıb, amma 300-dən çox imza yandırıb. Bu, onun tək öz əməyinin məhsulu olmayıb. Məsələyə digər tərəfdən baxsaq, 6 imza vərəqəsi yandırılıb. O imza vərəqi ki, möhürlənib və DSK-ya təqdim edilməyə tam hazır sənədlər olub. Üzərində dövlət möhürü olan bir sənəd yandırılıb, bu hadisəni tərədən şəxs məsuliyyətdən kənar qala bilərmi? Təbi ki, yox. Məsələnin təhqiqatı aparıldıqdan sonra yekun qərarı təbii ki, məhkəmə verəcək. Məsələ məhkəmə predmetidir”.
Partiya sədri Ağasif Şakiroğlu özü isə Cebhe.info-ya açıqlamasında məsələnin ona qarşı hazırlanmış təxribat olduğunu vurğulayıb: "Bu hadisə konkret rəqibim tərəfindən xüsusi bir təxribat idi".
Xatırladaq ki, Ağasig Şakiroğlu Binəqədi rayon 8-ci Seçki Dairəsindən namizəddir.
Cia.az
