ABŞ prezidentliyinə iddialı Donald Tramp ilginc açıqlamalar verib.
Musavat.com-un məlumatına görə, prezidentliyə namizəd olmaq istəyən Tramp bildirib ki, ABŞ prezidenti olarsa bütün suriyalı qaçqınları ölkədən qovacaq. O, çıxışı ilə mühacirlərə qarşı sərt movqe sərgiləyib.
Tramp deyib: “Prezident seçilsəm Obama iqtidarının qəbul etdiyi bütün suriyalı qaçqınları qovacağam”.
Mühacirlərə qarşı çıxışları ilə seçilən prezidentliyə namizəd əvvəllər də ABŞ-a qanunsuz yollarla keçən meksikalıları ölkədən çıxaracağını demişdi.
Cia.az
