|
“Məni dəfələrlə döydü...”

Model Günay Musayeva yenidən keçmiş həyat yoldaşı Tolqa Karel haqda açıqlama verib. 
Cia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, model ərinin ona xəyanət etdiyi və döydüyünü bildirib:
“Tolqa Karel oğlumuz Cahangir üçün yenidən barışmağımızı təklif etdi. Lakin barışmaq mümkün deyildi. Evliliyim boyunca fiziki şiddətə məruz qaldım, Tolqa məni dəfələrlə döydü. Daha boşanmadan Bodrumda mənə xəyanət etdi. Onsuz da bunlar yaşandığı üçün ayrıldıq. Bir adamın xarakteri dəyişməz, alma ağacı armud bar verərmi?”

Qeyd edək ki, cütlük 2011-ci ildə ailə qurmuşdu.

Cia.az