Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində 2-ci tura start veriləcək. Olkəmizi turnirdə təmsil edən “Qarabağ” və “Qəbələ” də meydana çıxacaqlar.
“Qarabağ” Belçika “Anderlext”i ilə qarşılaşacaq. İlk turda İngiltərə “Tottenhem”inə 1:3 hesabı ilə uduzan Qurban Qurbanovun komandası bu dəfə qələbə qazanmaq arzusundadır. Bu qarşılaşma saat 22:00-da start götürəcək.
“Qəbələ” isə səfər oyununa yollanıb. Əyalət təmsilçisi Kubanda “Krasnodar”la üz-üzə gələcək. Artıq ilk matçında Yunanıstan PAOK-undan 1 xal alan Roman Qriqrorçukun komandası səfərdən də xalla qayıtmaq niyyətindədir. Bu maraqlı qarşılaşma Bakı vaxtilə saat 00:05-də başlayacaq.
Avropa Liqası, qrup mərhələsi
2-ci tur
1 oktyabr
J qrupu
22:00. “Qarabağ” (Azərbaycan) – “Anderlext” (Belçika)
Baş hakim: Oliver Draxta (Avstriya)
Bakı. T.Bəhramov adına Respublika stadionu
C qrupu
00:05. “Krasnodar” (Rusiya) – “Qəbələ” (Azərbaycan)
Baş hakim: Marçin Borski (Polşa)
Krasnodar. “Kuban” stadionu
Cia.az
