Həyatının 47 ilini dövlət xəstəxanasında keçirən Türkiyə vətəndaşı vəfat edib.
Xəstəxana işçiləri bildiriblər ki, 70 yaşlı vəfat edən şəxs getməyə heç bir yeri olmadığına görə uzun müddət burada yaşayıb.
Astma və diabetdən əziyyət çəkən Abdulla Kozan 1968-ci ildə şiddətli baş ağrısı ilə xəstəxanaya müraciət edibmiş.
O, 47 ilini keçirdiyi palatada vəfat edib.
Xəstəxana işçilərindən biri bildirib ki, onun getməyə heç bir yeri olmadığına və işçi heyəti ilə yaxşı münasibət qurduğuna görə, ona xəstəxanada qalmasına icazə verilib.
Xəstəxana adminstratoru hər dəfə müayinədən sonra onu yeni xəstə kimi qeydiyyatdan keçirib.
Xəstəxana personalından bildiriblər ki, o, artq xəstəxananın bir üzvü idi: "Biz onu qoruyurduq. Lakin vəziyyəti pisləşdikdən sonra biz artıq onu xilas edə bilmədik".
Onu da qeyd edək ki, Kozanın vəziyyəti Qurban bayramının son günü pisləşib.
Cia.az
