“Tvin Pinks” serialının 72 yaşlı ulduzu Ketrin Koulson dünyasını dəyişib.
Aktrisa uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi. Ketrinin ölümü barədə məlumatı dostlarından biri verib:
“Bu gün ən yaxın dostlarımdan birini itirdim. Ketrin əsl qızıl idi. Onun gözəl yumor hissi var idi”.
Qeyd edək ki, Ketrin aktrisalıqla yanaşı, bir çox layihədə rejissor və operator köməkçisi kimi də işləyib.
Cia.az
