|
PKK Hakkaridə teror aktı törədib,
Türkiyənin Hakkari bölgəsində PKK terrorçularının törətdiyi partlayış nəticəsində 2 hərbçi şəhid olub.
 
APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, insident Hakkari bölgəsinin Semdinli rayonunda qeydə alınıb.  
 
Məlumata görə, terrorçular  Şemdinli-Yuksekova avtomobil yolunda partlayıcı qurğunu hərbi maşın keçərkən işə salıblar.
 
Təhlükəsizlik qüvvələri terrorçuların müəyyən edilərək məhv edilməsi istiqamətində irimiqyaslı əməliyyat keçirir. 
Cia.az