Uzun zamandır gündəmə gəlməyən diktator Şimali Koreya diktatoru Kim Çen Inın xəstə olduğu üzə çıxıb.
Avropa.info xəbər verir ki, Kim Çen Inın həddindən artıq kökəldiyi bildirilir. Ən son alınan məlumatlara görə, 32 yaşındakı gənc lider indidən 130 kilo çəki alıb.. Onun yorğun olduğu və ürək xəstəliyinə tutulduğu da qeyd olunur.
ƏSƏB VƏ STRESS...
5 il əvvəl hakimiyyətə gələndə 100 kilo çəkisi olan diktator, artıq çəkidən azad olmaq əvəzinə daha da kökələrək 130 kiloya çatıb. Cənubi Koreya və Yaponiyanın qəzetlərinin yazdığına görə, Kim xüsusən 2013-cü ildə əmisinin oğlu Çanq-Sonqu edam etdirdikdən sonra sinir-stress xəstəliyinə tutulub. Onun ciddi kökəlməsinə səbəblərdən biri də məhz bu olub.
"The Japan Times" qəzeti yemə içməsinə diqqət etməyən, həkimlərini qulaq asmayan liderin gənc yaşda həyatını riskə atdığını yazıb. 2014-cü ildə çəki artımını dayandırmaq üçün mədəsinə qandal qoydurduğu bildirilən diktatorun, bu müalicə üsulu da diktatorun çəki artımının dayanmasına səbəb olmayıb. O, daha da çəki alması ilə yanaşı bir çox xəstəkilərə də dücar olub.
HƏYATİ TƏHLÜKƏSİ OLA BİLƏR
Həkimlərin tövsiyələrinə qulaq asmayan Kim Çen In həddindən artıq siqaret və aklol istifadə edir. İndiyə qədər bir çox əməliyyat keçirən diktatorun bu şəkildə davam etməsi halında həyati təhlükələr yaşaya biləcəyi bildirilir.
KEÇMİŞ AŞPAZDAN ŞOK AÇIQLAMALAR
İngiltərənin "Daily Mirror" qəzetinin ötən il gündəmə gətirdiyi xəbərdə, Kim Çen Inın hədsiz ət, siqaret və spirt istifadə etdiyini, qaraciyərində və mədəsində ciddi problemlər olduğunu yazmışdı.
13 il ərzində Kim Çen Inın atasına aşpazlıq edən və 2011-ci ildə bu ölkədən ayrılıb Yaponiyada yaşayan Kenji Fujimoto bir yapon qəzetinə mövzu ilə bağlı maraqlı açıqlamalar verib. Aşpaz Kim Çen Inın yeməyə çox düşgün olduğunu, miqdar və sağlamlığına diqqət etmədən hər cür yemək yediyini deyib.
ATASINA OXŞAMAQ ÜÇÜN KÖKƏLİR
Cənubi Koreya Beynəlxalq İqtisadiyyat və Pollitika İnstitutunun əməkdaşı Myunq-Chul isə diktatorun kökəlməsi haqqında bunları deyib.
"Cənubi koreyalılar üçün arıq olmaq vacibdir. Amma şimali koreyada bunun əksinə kök olmaq yaxşıdır deyirlər. Güman edirəm, Kim Çen bilərəkdən atasına bənzəmək üçün kilo almaq istəyir."
Cia.az
