Qarabağ müharibəsinin dramatik hadisələrindən bəhs edən "Nabat" filmi bugünədək onlarla kinofestivalda iştirak edib.
Cia.az-ın Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, film bu dəfə Qazaxıstanın Almatı şəhərində keçirilən XI Avrasiya Beynəlxalq Film Festivalında "Ən yaxşı rejissor işi" və "Ən yaxşı aktrisa" (Fatimə Motamed Arya) mükafatlarına layiq görülüb.
Qeyd edək ki, "Nabat" bədii filmi dövlət sifarişi əsasında keçən il Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası tərəfindən çəkilib. Filmin rejissoru Elçin Musaoğludur.
Ekan işi indiyə qədər 71-ci Venesiya kinofestivalı, Milan kinofestivalı, 50-ci Beynəlxalq Çikaqo kinofestivalında nümayiş olunüb. Almaniyanın Manheym və Heydelberq şəhərlərində keçirilən 63-cü Beynəlxalq Kinofestivalda "Beynəlxalq tənqidçilər mükafatı" və "Ekumenik jürinin mükafatı"na, Tripoli Beynəlxalq Film Festivalında "Ən yaxşı tammetrajlı bədii film" mükafatına layiq görülüb.
Cia.az
