Yeni evlənmisiniz, bal ayı başlayıb və hər şey çox gözəl davam edir. Ancaq evliliyin çox ciddi bir nəsnə olduğunu unutmayın.
Bəs evliliyinizin indiki kimi xoş davam etməsi üçün nələr etməlisiniz? Cia.az cütlüklərin evliliyini davam etdirməsi üçün edə biləcəklərini təqdim edir.
- Həyat yoldaşınızla necə ünsiyyət yaradacağınızı öyrənin.
- Gözləntiləriniz həqiqətə sığmalıdır.
- Məsuliyyətinizdən xəbərdar olmalısınız. Edilməli olanların fərqində olmalısınız.
- Ev işlərində həyat yoldaşınıza yardım edin.
- İşləri tək bir adamın üstünə yıxmayın. Birlikdə yaşamağa və ev yaşamına uyğunlaşmağa çalışın.
- Mütəxəssislər uşaq sahibi olmaq üçün ən az 1 il gözləmənizi tövsiyə edir.
- Bir-birinizə olan güvəni itirməyin. Həyat yoldaşınızla hər şeyi bölüşməyi bacarmalısınız. Bəzən sevgili, bəzən isə dost olun.
- Özünüzə vaxt ayrın.
- Keçmiş və gələcəkdəki məsələləri açıq şəkildə danışın.
- Büdcə ilə bağlı həmfikir olun.
- Toxunun, qucaqlaşın və bir-birinizi çox öpün.
- Qətiyyən başqalarının yanında dalaşmayın.
- Cinsi həyatınızı canlı tutmağa çalışın.
Cia.az
