İspaniyanın səhiyyə naziri Ana Mato vəzifəsindən istefa verib. Məlumata görə, sabiq nazirin “Qurtel” adı ilə məşhurlaşan korrupsiya cinayətində əli olduğu bildirilir. Məlumata gürə, Ana Mato qanunsuz razılaşmalar yolu ilə mənfəət əldə edib. Sabiq səhiyyə rəsmisi məhkəmə təərfindən birbaşa ittiham olunmasa da, bu gün hakimlər qarşısıda ifadə verəcək.
Qurtel məhkəmə işi çərçivəsində indiyə qədər 43 nəfər ittiham olunur. Müttəhimlər arasında Ana Matonun keçmiş həyat yoldaşı Xesus Sepulveda da var.
Ana Matonun istefasını, eyni zamanda, Ebola xəstəliyi ilə əlaqələndirənlər da tapılıb. Bir qədər əvvəl İspaniyada tibbi bacısının ölümcül virusa yoluxması sonda sabiq nazirin sərt tənqidlərlə qarşılaşmasına səbəb olmuşdu.//Anspress
