Dahi bəstəkar, Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 130 illik yubileyinə həsr olunan VII Beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Arşın mal alan” musiqili komediyası, Dövlət Mahnı Teatrında isə “Dan ulduzu” ansamblının konserti keçirilib.
Cia.az AzərTac-a istinadən xəbər verir ki, “Arşın mal alan” komediyasında baş rolları Xalq Artisti Azər Zeynalov (Əsgər) və Əməkdar Artist İnarə Babayeva (Gülçöhrə) ifa ediblər. Tamaşanın yaradıcı heyətinə əməkdar incəsənət xadimləri- Sevil Hacıyeva (dirijoru), Hafiz Quliyev (quruluşçu rejissor) və Əyyub Fətəliyev (quruluşçu rəssam) daxildir.
“Dan ulduzu” ansamblının konserti də maraqlı olub. Tariyel Abbasovun bədii rəhbərliyi ilə səhnəyə çıxan ansamblın ifasında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.
Cia.az
