|
İbrahim Tatlısəs: "Mənim siyasət anlayışım..."

Türkiyədə keçiriləcək parlament seçkilərinə bitərəf namizəd olan məşhur müğənni İbrahim Tatlısəs siyasi arenadakı hədəfini açıqlayıb. 

Məşhur müğənni sosial şəbəkədəki hesabında bunları yazıb: “Doğru olanın yanındayıq, əyrilərlə işimiz yoxdur. Şüarımız doğru siyasət, dürüst siyasət, işsizliyin həlli üçün aparılan siyasətdir”. 
 
Müğənni siyasətlə məşğul olma səbəbini isə belə açıqlayıb: “Gənclərimiz ölməsin analarımız ağlamasın, uşaqlarımız yetim qalmasın deyə siyasət! Mənim siyasət anlayışım budur”. 
 
Qeyd edək ki, İbrahim Tatlısəs AKP-dən deputatlığa namizəd olmaq istəsə də onun bu istəyi qəbul edilməmişdi. Bundan sonra İbrahim Tatlısəs bitərəf olaraq namizədliyini irəli sürdü. 
Cia.az