|
Həcc ziyarətində 2 türk ölüb

Həcc ziyarəti zamanı şeytan daşlamağa gedərkən yaranan sıxlıqda 2 Türkiyə vətəndaşı ölüb.

Musavat.com-un məlumatına görə, 6 türkün isə itkin olduğu açıqlanıb. Bu barədə Dəyanət İşləri rəhbərliyi məlumat verib. Məlumatda qeyd olunur ki, Həcc ziyarətində ölən türklərin sayı 4 yox, 2 nəfərdir. 
 
Açıqlamada həmçinin bildirilib ki, itkin düşmüş 6 türk barədə hələ də heç bir məlumat alınmayıb. 
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanının açıqladığı son rəqəmə görə, izdiham faciəsində ölənlərin sayı 753 nəfərdir. 934 nəfərin isə yaralandığı bildirilir.
Cia.az