Türkiyə Milli komandasında forma geyinən sabiq futbolçu Uğur Dağdelen intihar edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumat Türkiyə mətbuatında yer alıb.
Samsunspor klubunda 1995-2001-ci illərdə oynayan və bir dəfə də Türkiyə Milli komandasının şərəfini qoruyan Uğur Dağdələn evinin qarajında silahı ilə özünü başından vuraraq intihar edib.
Tibbi ekspertiza üçün futbolçunun meyiti Ankara Ədli Tibb Qurumuna göndərilib.
U.Dağdələnin intihar səbəbi məlum deyil. İstintaq araşdırması hələ də davam etdirilir.
Cia.az
