|
"Porsche"nin baş direktoru "Volkswagen"in rəhbəri oldu
"Porsche" -nin baş direktoru Mattias Müller "Volkswagen" avtomobil konserninin  yeni rəhbəri seçilib.
Bu barədə The Independent məlumat yayıb.    
Müllerin namizədliyi "Volkswagen" konserninin  Müşahidə Şurasının iclasında dəstəklənib.
 
Ötən gün "Volkswagen"-in rəhbəri Martin Vinterkorn dizel avtomobillərində işlənmiş qazla bağlı yaranan qalmaqalla əlaqədar istefa verib.
 
Bundan başqa, bəzi mənbələr "Volkswagen" konserninin "Audi" və "Porsche"-nin bir neçə top-menecerini və ABŞ bölməsinin rəhbərini işdən azad etmək niyyətində olduğunu bildiriblər.
Cia.az