Rusiya prezidenti Vladimir Putin sentyabrın 28-i və ya 29-da Nyu-Yorkda BMT Baş Məclisinin sessiyası çərçivəsində amerikalı həmkarı Barak Obama ilə görüşə bilər. Musavat.com-un məlumatına görə. Bu barədə “New York Times” qəzeti ABŞ prezidenti administrasiyasındakı adının çəkilməsini istəməyən qaynağa istinadən xəbər yayıb.
“Obama Putinlə görüşmək qərarı verib - əgər bu görüş razılaşdırılarsa” –mənbə qeyd edib. Mənbənin sözlərinə görə, amerikalı lider hesab edir ki, görüş Ukraynadakı böhranın nizamlanması və “Suriya üzrə diplomatiyaya yeni təkan vermək” üçün faydalı ola bilər.
Qəzetin informasiyasına görə, tərəflər hələlik “hamı üçün məqbul zamanla bağlı yekun anlaşma”ya çalışırlar.
Cia.az
