Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı faciə baş verib.
APA-nın "Mİlliyet"ə istinadən verdiyi xəbərə görə, Mina dağında yaranan qarışıqlıq nəticəsində azı 220 nəfər ölüb, 450 nəfər yaralanıb. Məlumatı Səudiyyə Ərəbistanının dövlət televiziyası yayıb.
Hələlik hadisənin səbəbləri bəlli deyil.
Qeyd edək ki, demək olar, hər il bir neçə milyon insanın ziyarəti zamanı bu cür izdihamlar yaşanır və qarışıqlıqda, basabasda xeyli zəvvar həyatını itirir.
Cia.az
