Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Iclasda MSK-nın 18 və 19 sentyabr tarixli iclas protokolları təsdiq edilib. İclasda seçki bülletenlərinin mətni, forması və sayı və hazırlanması qaydası barədə məlumat verilib. MSK katibi Arifə Muxtarova bildirib ki, 5 milyon 344 min 431 ədəd bülleten hazırlanacaq.
Müsavat Partiyasının on dörd nəfər, Azərbaycan Milli Demokrat Partiyasının iki nəfər, Ana Vətən Partiyasından bir nəfər, “Azadlıq 2015” seçki blokundan dörd səlahiyyətli nümayəndələr qeydə alınıb.
İclasda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
Cia.az
