|
Şekspirin teatrı Bakıda "Hamlet"i nümayiş etdirəcək

Oktyabrın 3-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Şekspirin “Qlobus” teatrı “Hamlet” tamaşasını nümayiş etdirəcək. 
“British Council”ın Bakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, “Hamlet” tamaşası iki il müddətində dünyanın hər bir ölkəsində nümayiş etdiriləcək. Bakıda tamaşanın nümayişi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək. 

On altı nəfərdən ibarət teatr truppası uzun illərdir dünyanın bütün qitələrinə səyahət edərək unikal məkanlarda və əsrarəngiz teatr səhnələrində çıxış edir.

Cia.az