|
Hazırladığı saatı bomba bildikləri Əhməd məktəbdən çıxarıldı
ABŞ-ın Texas ştatında evdə hazırladığı saatı müəllimlərinə göstərmək üçün məktəbə aparan 14 yaşlı Əhməd Məhəmmədin bomba gəzdirdiyi şübhəsi ilə saxlanılması böyük səs küyə səbəb olmuşdu.
 
Əhmədin atası bu hadisələrdən oğlunun pis təsirləndiyini bildirərək, onu məktəbdən çıxarıb. 
Musavat.com xəbər verir ki, bu barədə məlumat “BBC” agentliyində yer alıb.
 
Oğlunun məktəbə geri qayıtmaq istəmədiyini bildirən ata “uşaqlarım o məktəbdə xoşbəxt olmayacaq” sözlərini də qeyd edib.
 
Valideyn onu da bildirib ki, yaşanmış hadisəyə görə, Əhmədiniştahı bağlanıb və o, yaxşı yata bilmir. “Ailəmiz sarsıldı. Bu hadisə bizə böyük təsir etdi”
 
Başqa məktəblərdən təklif gəlsə də, Əhmədin atası oğlunun bir müddət hadisələrdən uzaq qaldıqdan sonra qərar verəcəklərini bildirib.
Cia.az