|
Tale Bağırzadə “Bandotdel”ə çağırıldı

"Müsəlman Birliyi Hərəkatı"nın sədri, ilahiyyatçı Tale Bağırzadə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb. 

Cia.az xəbər verir ki, bu barədə AzadXeber.az-a T.Bağırzadənin yaxınları məlumat verib.
İlahiyyatçıya 15.00-da idarədə olması bildirilib. 

MBH sədrinə “Bandotdel”ə hansı səbəbdən çağırıldığı bildirilməyib.

Cia.az