|
Vaqif Səmədoğlu İsrailə aparıldı

Xalq şairi Vaqif Səmədoğlu bu gün səhər saatlarında xüsusi təyyarə ilə İsrailə aparılıb.

Bu barədə AzNews.az-a açıqlamasında şairin qızı Nigar Vəkilova məlumat verib.

O, bildirib ki, V.Səmədoğlu İzrailə həyat yoldaşı Nüşabə Vəkilova ilə birlikdə gedib.

Qeyd edək ki, Vaqif Səmədoğlu uzun zamandır ki, xərçəng xəstəliyindən əziyyət çəkir.