|
Tatlısəs rəsmən deputatlığa namizəd oldu

İbrahim Tatlısəs rəsmən millət vəkili namizədi olub.

Cia.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb.

Tatlısəs sosial şəbəkədə anasıyla fotosunu paylaşaraq namizəd olduğunu bildirib:

“Mənim deputat olmaq istəyimin səbəbkarı anamdır. Hər kəsin anasına necə hörməti varsa, mənim də anama hörmətim var. Anam ağır xəstədir. "Səni millət vəkili görüm, ondan sonra ölüm”-deyə anam mənə söylədi. Anama verdiyim sözə görə namizəd oldum”.

Qeyd edək ki, sənətçi 1 noyabr erkən ümumi seçkilərdə AKP-dən namizə olmuşdu. Ancaq Tatlısesin deputatlığa namizədliyi qəbul edilməmişdi.

 

Cia.az