|
4-ü körpə olmaqla, daha 13 miqrant dənizdə batdı
Türkiyə sahillərində hava qayığı ilə bərənin toqquşması nəticəsində 13 miqrant həlak olub. 
Cia.az-ın xarici informasiya qaynağına istinadən verdiyi xəbərə görə, miqrantlarla dolu olan qayıq Türkiyənin Çanaqqala limanından Yunanıstanın Lesbos limanına yön alıbmış. 
Qəzadan sonra 20 nəfər xilas edilib. 4-ü körpə uşaq olmaqla 13 nəfər həlak olub. Daha 13 miqrantın axtarışı isə davam edir. Miqrantların vətəndaşlığı haqda məlumat yoxdur. 
Cia.az