|
Zəvvarlar aeroportda əcnəbi sərnişinlə savaşdılar
Dünən gecə İstanbulda Atatürk aeroportunda həcc ziyarətini yerinə yetirmək üçün Məkkəyə gedən qrup türkiyəli zəvvarla bir əcnəbi sərnişin arasında mübahisə baş verib. 
Əcnəbi sərnişinin hacı namizədlərini təhqir etməsiylə başladığı iddia edilən hadisə bir müddət sonra nəzarətdən çıxıb və əlbəyaxa davaya çevrilib.
"Habertürk"ün xəbərinə görə, zəvvarlar xarici xəttlər terminalında Türk Hava Yollarının VİP salonunda əllərinə keçən əşyaları dalaşdıqları əcnəbiyə atıblar.

Aeroport işçiləri isə hiddətləri keçmək bilməyən türkiyəli zəvvarları sakitləşdirmək üçün böyük səy göstərib. Salonda olan digər sərnişinlər döyüşü çaşmış baxışlarla seyr edərkən, bəzi əcnəbi sərnişinlər də o anları cib telefonlarıyla çəkiblər. Dava-dalaş uzun səylərdən sonra yatızdırılıb.
Cia.az