Jurnalist Vehbi Dinçcanın keçirdiyi əməliyyat nəticəsində vəfat etməsi Türkiyəni yasa boğub.
Xəbəri eşidən tanınmışlar xəstəxanaya axın ediblər. Onların arasında müğənni Bülənt Ərsoy da olub.
Tibb bacıları tez-tez ayaq üstə güclə dayanan sənətçinin təzyiqini ölçüblər. Dinçcanın ailəsinə başsağlığı verən B.Ərsoy morqda jurnalistin cəsədini öpdüyünü deyib:
“Vehbi bəy mənim üçün çox önəmli biri idi. Necə yaxşı insan olduğunu sözlərlə başa sala bilmərəm. Xəstəxananın morqunu açdırıb, onun meyitini öpüb-oxşadım. Daha əvvəl Zəki Mürənlə Osman Yağmurdərəlinin cəsədlərini də öpmüşdüm”.
Cia.az
