|
AZAL şefinin klubu acınacaqlı durumda -

Sentyabrın 19-da Azərbaycan Topaz Premyer Liqasında 5-ci turun oyunları keçirilib.   

Ilk oyun günündə iki görüş baş tutub. Azərbaycan Hava Yolları şirkətinin rəhbəri Cahangir Əsgərovun sponsoru olduğu AZAL öz meydanında “İnter”i qəbul edib. Bu mövsüm qələbə və qola həsrət qalan “təyyarəçilər”  bu dəfə də meydanı başı aşağı tərk ediblər. Görüş qonaqların qələbəsi ilə başa çatıb – 1:0.   
Premyer Liqamızın debütantı “Zirə” “Rəvan”ı qəbul edib. Oyun meydan sahiblərini 2:1 hesablı qələbəsi ilə başa çatıb. Digər oyunlar sentyabrın 20-21-də keçiriləcək.
Cia.az