Türkiyənin baş naziri Əhməd Davudoğlu suriyalı miqrantlara görə dünya liderlərinə məktub yazacaq.
Cia.az türk mətbuatına istinadən xəbər verir ki, Davudoğlu suriyalı miqrantların təmsilçiləri ilə görüşdə “BMT-nin Baş Məclisində suriyalı miqrantların hazırkı vəziyyətinin gündəmə gəlməsinə çalışacağıq”, - deyib. Bundan başqa, Davudoğlu dünya liderlərinə məktubunda miqrantların həmin ölkələrdə yerləşdirilməsini istəyəcəyini də bildirib.
Cia.az
