|
Bu mağazalarda xarab mallar satılır

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət tədbirləri davam etdirilir.

Cia.az-ın məlumatına görə, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı

Bakının Binəqədi rayonunda

- Xocasən qəsəbəsində İradə Bağırovaya məxsus mağazada;

Sabunçu rayonunda

- Zabrat qəsəbəsində Əli Məmmədova məxsus mağazada;

Abşeron rayonunda

- Fatmayı qəsəbəsində “NF 2014” MMC-yə məxsus “NF” marketdə;

Şamaxı rayonunda

- Göylər kəndində Arifə Musayevaya məxsus mağazada;

Qobustan rayonunda

- Cəyirli kəndində Məzahir İbadova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Səbail rayonunda

- N.Quliyev küçəsi, 26 ünvanında Aybəniz İmanovaya məxsus mağazada;

Biləsuvar şəhərində

- H.Əliyev küçəsində İlqar Əsədova məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Yasamal rayonunda

- H.Cavid prospekti və Ə.Haqverdiyev küçəsinin kəsişməsində Tofiq Məmmədova məxsus mağazada;

Xətai rayonunda

- M.Hadi küçəsində Vidadi Fərzəliyevə məxsus mağazada;

Suraxanı rayonunda

- Qaraçuxur qəsəbəsində Səadət Mehdiyevaya məxsus mağazada;

Abşeron rayonunda

- Məmmədli kəndində Hafiz Nasulayevə məxsus mağazada;

Saatlı şəhərində

- H.Əliyev prospekti, 71 ünvanında Füzuli Məmmədova məxsus mağazada;

Bərdə şəhərində

- Nizami küçəsində Vaqif Süleymanova məxsus mağazada;

Yevlax rayonunda

- Xaldan kəndində Hamil Səlimova məxsus mağazada;

Qusar rayonunda

- İmamqulukənd kəndində Günay Dügüşovaya məxsus mağazada;

Qəbələ şəhərində

- İ.Qutqaşınlı küçəsində Anar Rzazadəyə məxsus mağazada;

Balakən rayonunda

- Katex kəndində Sahibə Xuldiyevaya məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmış və qanunamüvafiq tədbirlər görülüb.

Cia.az