|
İstanbulda TÜRKSOY-un ənənəvi "Opera Günləri"nə start verilib

İstanbulda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un ənənəvi layihələrindən olan "Opera Günləri"nə start verilib.

Açılış konsertində türkdilli ölkələrin İstanbuldakı baş konsulluqlarının və beynəlxalq təşkilatların təmsilçiləri, şəhər ictimaiyyətinin görkəmli nümayəndələri də tamaşaçılar arasında olublar.

XVIII "Opera Günləri"nin davamı sentyabrın 17-18-də Şimali Kiprdə olacaq. Sentyabrın 23-24-də isə konsertlər Türkiyənin Antalyada şəhərində keçiriləcək. Bundan başqa, TÜRKSOY "Opera Günləri"ndə təmsil olunan sənətçilər Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin bu il sentyabrın 5-dən 24-nə qədər Antalyada keçirilən 22-ci Beynəlxalq Aspendos Opera və Balet Festivalına da qatılacaqlar.

Xatırladaq ki, "Opera Günləri"ndə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Rusiya Federasiyasının Tatarıstan və Başqırdıstan Respublikalarından, Çin və Şimali Kiprdən 24 sənətçi təmsil olunur.

Cia.az