|
İstanbulda 5 mərtəbəli bina dağılıb:

Türkiyənin İstanbul şəhərinin Üsküdar rayonunda 5 mərtəbəli bina dağılıb.

Bu barədə "Haber 7" telekanalı məlumat verir. Xəbərə görə, dağıntılar altıında insanların qaldığı bildirilir. İlkin məlumata əsasən, yaxınlıqda olan 3 nəfər xəsarət alıb.

Hadisə yerinə yanğınsöndürmə və təcili tibbi yardım briqadaları göndərilib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ bilinmir. Hazırda xilasetmə əməliyyatı keçirilir. Yaralıların sayının artacağı istisna edilmir.

Cia.az