Səudiyyə Ərəbistanı “Binladen Group” tikinti şirkətinə ölkə ərazisində hər hansı fəaliyyət göstərməyi yasaqlayıb. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, belə bir qərar Məkkədəki məlum faciədən sonra verilib.
Usamə bil Laden ailəsinə məxsus şirkətə Səudiyyə Ərəbistanı ərazisində hər hansı layihə işləmək qadağan edilib. Bundan əlavə, şirkətin əməkdaşları təhqiqat müddətində ölkəyə gələ bilməzlər.
“Binladin Group”da isə bəyan edirlər ki, kran yerinə etibarlı şəkildə bərkidilibmiş və baş verən faciə sadəcə olaraq, “Allahın işidir”.
Xatırladaq ki, şirkətə məxsus kranın ibadət zamanı uçması nəticəsində 107 zəvvar ölüb, 238 nəfər yaralanıb.
Cia.az
