|
Beynəlxalq Musiqi Festivalı başa çatdı

Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı başa çatıb. Sentyabrın 18-dən 28-dək davam edən musiqi bayramı zəngin proqram, rəngarəng konsertlər və premyeralarla yadda qalıb.

 

CİA.Az xəbər verir ki, sentyabrın 27-də "Avstraliyanın gənc virtuozları" kamera ansamblı (bədii rəhbər Emin Tağıyev) Kamera və Orqan Musiqisi Zalında çıxış edib. Həmin gün Q.Qarayev adına Dövlət Kamera Orkestri (dirijor Xalq artisti Yalçın Adıgözəlov) Azərbaycan Dövlət Filarmoniyasında konsert proqramı təqdim edib. Konsertin solisti tanınmış Litva pianoçusu Kasparas Uinskas idi. Bakı səhnəsində ilk dəfə çıxış edən Litva musiqiçisi alqışlarla qarşılanıb. Proqramda Friderik Şopenin və Benjamin Brittenin musiqisi səsləndirilib.


Beynəlxalq festivala sentyabrın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında V.A.Motsartın "Fiqaronun toyu" operasının premyerası ilə yekin vurulub. Tamaşanın dirijoru Prezident mükafatçısı, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev idi. Əsas partiyaları Belarusun Əməkdar artisti Vladimir Qromov, Ukraynanın Əməkdar artisti Dmitri Qrişin, Azərbaycanın əməkdar artistləri İnarə Babayeva, Fəridə Məmmədova və Əkrəm Poladov, eləcə də aktyorlar İlham Nəzərov, Tural Ağasıyev ifa ediblər.


Qeyd edək ki, Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalında 10-dək ölkədən tanınmış kollektivlər və solistlər iştirak edib. Festival çərçivəsində musiqi proqramları, opera və balet tamaşaları ilə yanaşı, "Üzeyir Hacıbəyli - müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi" adlı elektron məlumat bazasının, "Azərbaycan muğam ensiklopediyası"nın rus dilində nəşrinin təqdimatı, "Türk xalqlarının