Sentyabrın 14-də Moskva şəhərində İpək yolu II Beynəlxalq Mədəni Əməkdaşlıq Forumu öz işinə başlayıb.
Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər ki, forumda nazirliyin aparat rəhbəri Rafiq Bayramov və Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev iştirak edib.
Forumun əsas mövzusu turizm, əməkdaşlığın inkişafı və mədəni sahədə birgə layihələrin işlənib hazırlanması olub.
Forumun yekununda dövlətlərarası yeni strukturun-"İpək yolu-Avrasiya Mədəni Əməkdaşlıq Təşkilatı"nın yaradılması haqqında sazişin imzalanması nəzərdə tutulub.
Forum çərçivəsində Avrasiyadan olan gənc rəssamların "Bizim yolumuz arzularadır" adlı sərgisi də keçirilib.
Qeyd edək ki, "İpək yolu" İkinci Beynəlxalq Mədəniyyət Forumu MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə keçirilib.
Foruma sentyabrın 15-də yekun vurulacaq
Cia.az
