|
Bakı IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkasına hazırdır

Sentyabrın 16-da IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası öz işinə başlayacaq.

Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər ki, 30 xarici, 100 milli kitabxananın iştirak edəcəyi kitab sərgi-yarmarkası Bakı İdman Sarayında baş tutacaq. Sentyabrın 18-dək davam edəcək tədbirdə iştirakçılar və ziyarətçilər üçün hərtərəfli şərait yaradılıb. Sərgi çərçivəsində kitab təqdimatları, imza saatları, yerli və xarici naşirlərin toplantıları, Azərbaycan Milli Kitabxanası ilə bir sıra xarici ölkə milli kitabxanalarının saziş imzalama mərasimləri, musiqili təqdimatlar, ALISA proqramının nümayişi nəzərdə tutulub.

Qeyd edək ki, sərgi yerli və xarici nəşriyyatlar arasında sıx əlaqələrin qurulması, insanların kitaba marağının artması, yeni imzaların və müəlliflərin tanınması, mövcud sahədə gedən proseslərin öyrənilməsi baxımından geniş imkanlar açacaq.

Cia.az