Məkkə şəhərindəki Məscidi-Haramda təmir və restovrasiya işləri aparan kranın aşması nəticəsində həlak olan 132 zəvvarın ailəsinə təzminat ödəniləcək.
Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı qəzada ölənlərin hər biri üçün 300 min riyal (təxminən 73 min dollar) ödəyəcəyini açıqlayıb.
Daha öncə ölənlər üçün toplu dəfn mərasimi təşkil edəcəyini açıqlayan Məkkə rəhbərliyi, ailələrinin istəyinə əsasən, cənazələri ölkələrinə göndərə biləcəyini və bütün xərclərin Səudiyyə hökuməti tərəfindən ödəniləcəyini vurğulamışdı.
Qeyd edək ki, indiyə qədər kimlikləri müəyyən edilən zəvvarlardan 26-sı iranlı, 20-si misirli, 15-i pakistanlı və 12-i əl-cəzayirli və 8-i türkdür. Kimlikləri bilinməyənlər isə DNT testi ilə müəyyənləşdiriləcəklər.
