Azərbaycan Prezidenti İlham Əliyev M.M.Sücəddinova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Cia.az-ın məlumatına görə, sərəncamda deyilir:
“1.Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Mir Faiq Miri oğlu Sücəddinova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
Cia.az
