|
Tofiq Bəhrəmov stadionunun direktoru işdən çıxarıldı

Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov vəzifəsindən uzaqlaşdırılıb. Məlumata görə, onun postunu tərk etməsinə səbəb səhhətindəki problemləri olub.

Bu barədə məlumatı publika.az saytı yayıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova açıqlamasında Akif İsmayılovun öz istəyi ilə postundan getdiyini deyib:

“Akif müəllim səhhətində problem olduğunu dedi və istefa ərizəsini nazirliyə təqdim etdi. Heç bir problem olmayıb. Öz istəyi ilə işdən uzaqlaşdırılıb”.

Cia.az