|
Tikinti şirkəti Vergilər Nazirliyinin departamentini məhkəməyə verib
"NN Təmir Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC)  Vergilər Nazirliyi (VN) yanında Bakı Vergilər Departamentini məhkəməyə verib.
MMC kameral vergi yoxlamasının nəticələrinin təqdim olunmasını tələb edir.
İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
Qeyd edək ki, "NN Təmir Tikinti" MMC şirkəti təmir-tikinti işləri ilə məşğul olur.
Cia.az