Şabran rayonunun Molla Kamallı kəndinin sakini Musayeva Mirənisə Hacı qızı toy mərasimində zəhərlənib. 1961-il təvəllüdlü qadın paytaxt salatından zəhərlənib.
Şabran Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən Mirənisə Musayevanın vəziyyətinin ağır olduğu bildirilir.
Həkimi İmamqulu Ibrahimov müvafiq tibbi prosedurların yerinə yetirldiyini bildirib.
Cia.az
